Büdcə gəlirləri artıb - Putin



 11:45 12.04.2023     368

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin bu ilin birinci rübündə konsolidasiya edilmiş büdcə gəlirlərinin 13 trilyon rublu keçdiyini bəyan edib.

Demedia.az xəbər verir ki, Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə görüşdə bildirib ki, Rusiya iqtisadiyyatı üçün hələ də xarici təhdidlər var, Rusiya bunun fərqindədir. Ölkə iqtisadiyyatının bu ilin ilk rübündə yaxşı performans göstərdiyini açıqlayan Putinin sözlərinə görə, neft və təbii qaz istisna olmaqla, gəlirlər 14 faiz artaraq 1,4 trilyon rubla çatıb. 

Ölkə iqtisadiyyatında, xüsusilə avtomobil, ağac emalı, kimya məhsulları istehsalı və gübrə sektorunda çətinliklərin davam etdiyinə diqqət çəkən Putin, bu sahələrdəki problemlərin həlli üçün müxtəlif addımların atılacağını bildirib. Putin qeyd edib ki, Rusiyadakı şirkətlər çətin şərtlərə baxmayaraq kütləvi ixtisarlar etməyib.

Bahadur Seyidov