Kanadadan Rusiyaya yeni sanksiyalar



 12:08 12.04.2023     371

Kanada Rusiyanın 14 vətəndaşına və 34 təşkilatına qarşı sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo açıqlama verib. O Ukraynanın baş naziri Denis Şmihal ilə Torontodakı görüşü zamanı bildirib ki, Rusiyaya sanksiya tətbiq etməklə yanaşı Kanada Ukraynaya yeni hərbi dəstək paketi hazırlayıb. Trüdonun sözlərinə görə, Ukraynaya müdaxilə səbəbilə Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi qərarə alıb. Kanadanın Ukraynaya 21 min avtomat, 38 pulemyot və 2,4 milyon patron göndərəcəyini qeyd edən Trüdo, Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı olanlar da daxil olmaqla 14 şəxs və 34 təşkilata sanksiya hazırladıqlarını bildirib.

Trüdo bəyan edib ki, Kanada lazım olduğu müddətcə Ukraynaya hər cür dəstəyi verməyə davam edəcək.

Bahadur Seyidov