Amerikalı jurnalistin həbsi qanunsuzdur - Bayden



 12:58 12.04.2023     449

ABŞ Prezidenti Co Bayden Rusiyanın “Wall Street Journal”ının müxbirinin həbsinin "tamamilə qanunsuz" olduğunu deyib.

Demedia.az xəbər verir ki, Bayden İrlandiya səfərindən əvvəl təyyarəyə minərkən jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, ABŞ vətəndaşı jurnalist Evan Gerşkoviçin Rusiyada casusluq ittihamı ilə həbs edilməsi qanunsuzdur. ABŞ lideri təyyarədə Gerşkoviçin ailəsinə zəng edəcəyini bildirib.

Qeyd edək ki, Rusiya “Wall Street Journal”ının müxbirini casusluqda ittiham edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva jurnalistin saxlanılması ilə bağlı ABŞ-ı qaydalara uyğun formada məlumatlandırıb.

Bahadur Seyidov