ABŞ-ın Çinlə münasibətlərdə məqsədi yeni soyuq müharibə deyil - Blinken



 14:18 12.04.2023     585

“ABŞ-ın Çinlə münasibətlərdə məqsədi yeni soyuq müharibə deyil, sülh, sabitlik, təhlükəsizlik və imkanlar yaratmaqdır”.

Demedia.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken belə deyib. O “ABŞ-Filippin 2+2 Nazirlər Toplantısı”ndan sonra mətbuata açıqlamasında bildirib ki, iclas zamanı Filippinlə iqtisadi, ətraf mühit və iqlim mövzularında əməkdaşlıq müzakirə edilib. Blinkenin sözlərinə görə, tərəflər Gücləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi çərçivəsində iki ölkənin təhlükəsizlik qüvvələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsini də müzakirə edib.

Qeyd edək ki, Filippin Gücləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi çərçivəsində ümumilikdə 9 bazaya ABŞ hərbçilərinin yerləşməsinə icazə verib.

Bahadur Seyidov