Şimali Koreyadan kosmik layihələrlə bağlı açıqlama



 16:52 12.04.2023     322

Şimali Koreya qabaqcıl kosmik layihələrini davam etdirəcək.

Demedi.az xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Pxenyan kosmos bağlı fəaliyyətini “Kosmos müqaviləsi”nin şərtlərinə uyğun icra edir. Məlumatda deyilir ki, “Kosmos müqaviləsi” suveren dövlətin kosmosdan dinc istifadə etmək hüququna malik olmasına zəmanət verir.

“Kosmos bütün bəşəriyyətə məxsusdur və heç bir dövlətin inhisarında və ya mülkiyyətində ola bilməz. Şimali Koreya da qlobal kosmik güc mərkəzi olmaq üçün sarsılmaz iradəyə malikdir” - açıqlamada bəyan edilib.

Bahadur Seyidov