Hollandiyada Makrona etiraz edənlər saxlanıldı



 17:12 12.04.2023     343

Hollandiyada rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makrona qarşı Amsterdamda şüarlar səsləndirən etirazçılar nəzarətə götürülüb.

Demedia.az xəbər verir ki, Makron iki günlük rəsmi səfər gəldiyi Amsterdamdakı universitetdə tədbirə qatılıb. Universitetin girişində bir nəfər “Makron istəməsə belə, işçilərin şərəfi üçün buradayıq” deyə qışqırıb. Hadisə yerində olan təhlükəsizlik qüvvələri müdaxilə edərək etirazçını saxlayıb. Etirazçıya müdaxilə edilərkən Makron Amsterdam meri Femke Halsema və Hollandiya kralı Villem-Alexander ilə söhbətini davam etdirib.

Hollandiya mediası hadisə yerində biri qadın olmaqla iki etirazçının olduğunu və daha sonra onların nəzarətə alındığını bildirib.

Bahadur Seyidov