Bayden Rişi Sunakla görüşdü



 17:42 12.04.2023     331

Şimali İrlandiyada səfərdə olan ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında görüş olub.

Demedia.az xəbər verir ki, bu barədə Rişi Sunak sosial media hesabında paylaşım edib. Sunak tvitter hesabında ABŞ prezidentini razılaşmanın 25-ci ildönümündə Belfastda qəbul etməkdən məmnun olduğunu bildirib. ABŞ prezidenti Bayden də görüşdən sonra tvitter hesabında Belfastda olmaqdan və Şimali İrlandiyaya sülh və firavanlıq gətirən razılaşmanın 25-ci ildönümünü qeyd etməkdən məmnun olduğunu bildirib.

“Mən istəyirəm ki, Şimali İrlandiya xalqı bilsin ki, biz hər addımda sizinləyik və indi də yanınızdayıq”, - ABŞ prezidenti bildirib

Bahadur Seyidov