Ev sahibi ilə kirayəşinin mübahisəsi dava ilə bitdi - VİDEO



 23:48 12.04.2023     1372

Türkiyədə ev sahibi ilə kirayəşinin mübahisəsi dəhşətli sonla yekunlaşıb.

Demedia.az xəbər verir ki, Bakırköydə kirayə artımını qəbul etməyən kirayəçini təhqir edən, ona çəngəllə xəsarət yetirən və evdəki şəxsə hücum edən ev sahibi Mehmet Cengiz Bilik haqqında başladılan istintaq tamamlanıb.

Dövlət ittihamçısı Mehmet Cengiz Bilikə müxtəlif cinayətlərə görə ümumilikdə 9 il 3 aydan 24 ilə qədər həbs cəzası istəyib.

Ötən iyul ayında İstanbul Bakırköydə baş verən hadisədə Mehmet Cengiz Bilik kirayəçisi Güldzhakhan Kritchkaia-nın evinə gedərək onu təhqir edib. Evə icazəsiz girdiyi iddia edilən Mehmet Cengiz Bilik soyuducuda olan şüşə qabları yerə ataraq onların sınmasına səbəb olub. Mehmet Cengiz Bilik həmin vaxt evdə olan Nadir Önüçə döyüb, daha sonra kirayəçisinə çəngəllə hücum edərək onu yaralayıb.

Aysun / Demedia.az