Yeni Zelandiya hökumətində ilk dəfə gender bərabərliyinə nail olundu



 11:47 13.04.2023     323

Yeni Zelandiyada formalaşan yeni kabinetdə ilk dəfə gender bərabərliyinə nail olunub.

Demedia.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Kris Hipkins açıqlama verib. O bildirib ki, yeni kabinetdə gender bərabərliyinin olması əhalinin daha yaxından təmsil edilməsi deməkdir. Məlumata görə, Baş nazir Kris Hipkins, kabinetdəki son dəyişikliklə deputat Villov-Jean Primeni müdafiə naziri təyin etmək barədə qərar verib. Bununla da, kabinetdəki kişi və qadınların sayı bərabərləşib.

Qeyd edək ki, Yeni Zelandiya tarixində ilk dəfə olaraq kabinetdə gender bərabərliyinə nail olunub. Keçmiş Baş nazir Casinda Ardernin istefasından sonra formalaşan yeni kabinetdə qanunvericilik, siyasət və büdcə qərarlarının verildiyi masada gender bərabərliyi təmin edilib.

Bahadur Seyidov