Çin Tayvan ətrafında hərbi fəaliyyətini davam etdirir
Çin Tayvan ətrafında hərbi fəaliyyətini davam etdirir.
Demedia.az xəbər verir ki, ada ətrafında yenidən Çinə məxsus 35 hərbi təyyarə və 8 döyüş gəmisinin hərəkəti müşahidə edilib. Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, Çin ordusu Tayvan ətrafında hərbi təlimlərini başa çatdırdığını açıqlasa da, geri çəkilməyib. Nazirliyin açıqlamasında bildirilir ki, 35 təyyarədən 15-i Tayvanın müdafiə zonasına daxil olub.
Qeyd edək ki, Tayvan lideri Tsai İnq-venin ABŞ-a səfərindən sonra regionda gərgin vəziyyət hökm sürür.
Bahadur Seyidov