G7 ölkələri birgə bəyanatla çıxış etdi



 14:39 13.04.2023     351

ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Vaşinqtonda bir araya gəliblər.

Demedia.az xəbər verir ki, iclasdan sonra tərəflər birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, G7-nin maliyyə nazirləri makroiqtisadi və maliyyə sabitliyini qorumaq və təchizat zəncirinin müxtəlifliyini artırmaq öhdəliyi götürüblər. Qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələrin müzakirə edildiyi iclasda makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması əzmi bir daha vurğulanıb. Bildirilib ki, G7 ölkələri qlobal maliyyə sisteminin sabitliyini qorumaq üçün müvafiq addımları atmağa hazırdır.

Qlobal iqtisadi artımın gözlənildiyindən daha dayanıqlı olduğuna diqqət çəkilərək, inflyasiyanın yüksək olaraq qaldığı və mərkəzi bankların qiymət sabitliyini qorumaq siyasətinə qətiyyətlə bağlı olduqları bildirilib.

Bahadur Seyidov