Boliviyada müəllimlərlə polis arasında əlbəyaxa dava oldu



 15:03 13.04.2023     396

Cənubi Amerika ölkəsi Boliviyada hökumətə etiraz edən müəllimlərlə polis arasında əlbəyaxa dava olub.

Demedia.az xəbər verir ki, maaşların və təhsil büdcəsinin artırılmasını tələb edən müəllimlər paytaxt La Pazda bir araya gələrək hökumət binalarının yerləşdiyi Plaza Murillo meydanına gediblər. Polisin maneəsinə baxmayaraq meydana girməyi bacaran nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Polis etirazçılara gözyaşardıcı qazla cavab verib. Müəllimlər meydandan çıxarılıb.

Qeyd edək ki, həmkarlar ittifaqları hazırkı təhsil büdcəsinin 30 faiz artırılmasını və iş vaxtının azaldılmasını tələb edirlər.

Bahadur Seyidov