Uşaqlarda bu cür əlamətlər varsa Çölyak xəstəliyindən xəbər verir - Video



 13:27 13.04.2023     590

Çölyak xəstəliyi və əlamətləri Bəzən qlütenə həssas enteropatiya adlanan çölyak xəstəliyi buğda, arpa və çovdarın tərkibində olan qlütenə qarşı orqanizmin immun reaksianın olmasıdır.

Əgər çölyak xəstəliyiniz varsa, qlüten yemək nazik bağırsağınızda immun reaksiyasına səbəb olur. Zamanla bu reaksiya nazik bağırsağınızın selikli qişasını zədələyir və müəyyən qida maddələrinin udulmasına mane olur (malabsorbsiya). Bağırsaq zədələnməsi tez-tez ishal, yorğunluq, kilo itkisi, şişkinlik və anemiyaya səbəb olur və ciddi fəsadlara səbəb ola bilər.

Pediatr Günay Rəsulova uşaqlarda Çölyak xəstəliyi yaranan zaman nə etmək lazım olduğu barədə videoda ətraflı məlumat verir.

Dr. Günay Rəsulova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ