Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq - Peskov



 17:41 13.04.2023     333

“Qara dənizin sahilyanı dövlətlər üçün "əməkdaşlıq dənizi" olaraq qalmalıdır”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq. Onun sözlərinə görə, Qara dəniz əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır.

Qeyd edək ki, Ukrayna xarici işlər naziri Dmitro Kuleba, "Qara dəniz Baltik dənizi kimi NATO dənizi olmalıdır" - deyə açıqlama vermişdi. Kulebanın açıqlamalarında ziddiyyətlər olduğunu qeyd edən Peskovun sözlərinə görə, Ukraynanın bu planı reallaşmayacaq.

Bahadur Seyidov