Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını “persona non-qrata” elan edib



 16:42 13.04.2023     314

Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını “persona non-qrata” elan edib.

Demedia.az xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat verib. Nazirliyin açıqlamasında Rusiya səfirliyinin əməkdaşlarının “diplomatik statusları ilə uyğun gəlməyən” fəaliyyətlər həyata keçirdiyi qeyd edilib. Onların kəşfiyyat işçisi olduğu məlum olub. Oslonun “kəşfiyyat işçiləri”nə viza verməyəcəyi vurğulanan bəyanatda qeyd edilib ki, bu kəşfiyyatçılar ən qısa zamanda Norveçi tərk etməlidirlər. Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyi Oslonun bu addımına cavab veriləcəyini açıqlayıb.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt bildirib ki, buna baxmayaraq, Oslo Moskva ilə normal diplomatik münasibətləri saxlamağa çalışır.

Bahadur Seyidov