Ölməzdən əvvəl ərinə bir siyahı verdi: "Əgər bu qadınlarla yaxınlıq etsən..."



 19:29 13.04.2023     655

Ötən il vəfat edən ingilis aparıcı, yazıçı və jurnalist Deborah Jameslə bağlı şok məlumat ortaya çıxıb.

Demedia.az xəbər verir ki, ölümündən təxminən bir il sonra, Deborah Jamesin əri Sebastien Bowenə "münasibətə icazə vermədiyi" qadınların siyahısını qoyub getdiyi ortaya çıxıb.

DailyMailin xəbərinə görə; Aparıcının palliativ müalicədə olarkən lentə aldığı hissələr bu yaxınlarda paylaşılıb. BBC tərəfindən yayımlanan sözlərində Deborah ərini "gələcəkdə qadınların böyük marağına səbəb olacaq biri" kimi təsvir edib.

O, Sebastyenin arxasınca qaçacağından narahat olduğu bir neçə qadın olduğunu da söyləyib. Ərinin sözügedən insanlarla romantik əlaqəyə girməməsi üçün onların adlarının siyahısını tərtib etdiyini izah edib:

"Mən öləndən sonra ərimin üstünə atılacağını düşündüyüm qadınların siyahısı var. Ona görə də ərimə bir neçə ad yazdım və dedim ki, əgər nə vaxtsa bu insanlarla yaxınlıq etsə, gəlib onu təqib etmək üçün əlimdən gələni edəcəm".

Aysun / Demedia.az