İran "Taliban"a çağırış etdi



 17:03 13.04.2023     299

İran Əfqanıstandakı “Taliban” hökumətini ölkədəki bütün qrupların iştirakı ilə əhatəli hökumət qurmaq vədini yerinə yetirməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səmərqənddəki iclasdan sonra belə deyib. O bildirib ki, dördtərəfli danışıqlarda narahatlıqlar dilə gətirilib və Əfqanıstandakı mövcud vəziyyət müzakirə edilib. Abdullahiyan, Əfqanıstanın ABŞ tərəfindən işğalını xatırladıb və Əfqanıstandakı vəziyyətə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, İran dövlət televiziyasının məlumatına görə, İran, Rusiya, Çin və Pakistan xarici işlər nazirləri Özbəkistanın Səmərqənd şəhərində Əfqanıstanla bağlı dördtərəfli görüş üçün bir araya gəliblər.

Bahadur Seyidov