Rusiyaya kiberhücumların arxasında Pentaqon dayanır - Federal Xidmət



 17:19 13.04.2023     330

“Ukrayna ərazisindən Rusiyanın kritik infrastrukturlarına kiberhücumların arxasında hakerlərlə əməkdaşlıq edən Pentaqon dayanır”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Xidməti məlumat verib. Bildirilib ki, ötən ilin əvvəlindən Rusiyanın kritik infrastrukturlarına qarşı 5 mindən çox kiberhücum həyata keçirilib. Açıqlamada qeyd edilir ki, vaxtında görülən tədbirlər nəticəsində kiberhücumlar zərər verməyib. Açıqlamaya görə, ABŞ və NATO ölkələrinin Ukrayna ərazisindən Rusiyadakı mülki obyektlərdə kompüter hücumları həyata keçirmək üçün istifadə etdiyinə dair məlumatlar əldə edilib.

Qeyd edək ki, Vaşinqton Rusiyanın informasiya mənbələrinə kiberhücumlara dair iddiaları təkzib edib.

Bahadur Seyidov