Məhkumların dəhşətli sonu: Bu halda tapıldılar



 22:36 13.04.2023     1351

Son 2 ildə Ekvador həbsxanalarında 214 məhbus müxtəlif səbəblərdən dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, gün ərzində bu ölümlərə yeniləri də əlavə edilib. Hadisənin səbəbi hələ də qeyri-müəyyəndir.

Çərşənbə axşamı son günlərin ən amansız xəbərləri ilə gündəmə gələn Ekvadorda 3 gənc qızın torpağa basdırılmış cəsədi tapılıb. İt tərəfindən tapılan həmin cəsədlərdə diqqəti cəlb edən məqamlardan biri qızların hamısının boğazının kəsilməsi olub.

Aradan keçən 48 saat ərzində Ekvadorda ölkəni çaşdıran daha bir hadisə baş verib. Ekvador həbsxana idarəsi agentliyi olan SNAI çərşənbə günü Sahil Həbsxanası kimi tanınan Guayas 1 həbsxanasında məhbusların kameralarında asılmış cəsədləri tapıb.

Mövzu ilə bağlı açıqlamalar verən səlahiyyətlilər, məhbusların niyə öldüyünü müəyyən etmək üçün işlərin davam etdiyini və qısa zamanda məlumat veriləcəyini bildirib.

Mənbələr bildiriblər ki, ölən məhbusların kamera bloku narkotik alveri ilə əlaqəli cinayətkar dəstənin nəzarəti altındadır.

Digər tərəfdən, Guayaquil liman şəhərindəki bu həbsxanada 2021-ci ilin fevralından bəri təxminən 214 məhbus öldürülüb.

Aysun / Demedia.az