Yuxuya gedən zaman yıxılma hissi nədən yaranır?



 22:05 13.04.2023     647

Yuxumuz bir-birini izləyən iki ayrı dövrdən ibarətdir.

Demedia.az xəbər verir ki, NONREM və REM dövrləri adlanan bu dövrlər; gecə ərzində 6-7 dəfə baş verir.
NONREM dövrü yuxumuzun 70-75%-ni əhatə edir. Bu dövrdə ürək döyüntülərimiz və tənəffüsümüz azalır. Əzələlərimiz rahatlaşır. Digər dövrdə, yəni REM dövründə beynimizin işi sürətlənir, göz əzələlərinin iş sürəti artır, bədən əzələlərimiz kifayət qədər dərindən rahatlaşır, ürək döyüntülərimiz yüksəlir. Bu dövrdə yuxular görürük.

Bu iki dövrün keçməsi zamanı bədən əzələlərinin həddindən artıq boşalması səbəbindən yıxılma hissi yaşaya bilərik.

Bu yuxu iflici adlanan bir vəziyyətdir. Yuxunun REM-NONREM fazalarında baş verir. Stressli vaxtlarda artır. REM-ə keçid, insanın özünü iflic hiss etdiyi və ya yıxılacaq kimi hiss etdiyi, lakin müdaxilə edə bilməyəcəyi bir dövrdür.

Panik atak: Hər hansı bir səbəbdən meydana gələn panik atak yuxuya gedən zaman baş verə bilər. Bu vəziyyət, çarpayının sürüşməsi və düşməsi hissi yarada bilər.

Yuxu pozğunluqları: Bu hiss gec yuxuya getmək, tez-tez oyanmaq, tez oyanmaq, oyanmaqda çətinlik çəkmək kimi bir çox formada ortaya çıxan yuxu pozğunluqlarında yaşana bilər.

Anksiyete pozğunluqları: Anksiyetenin həddindən artıq olduğu bir çox psixiatrik pozğunluqda yıxılma hissi görülür.

Stressli Həyat: Əgər insan gündəlik həyatında həddindən artıq stress yaşayırsa və buna nəzarət edə bilmirsə, orqanizm belə reaksiyalarla həyəcan verir. Stressə nəzarət üçün bir həll tapılmalıdır.

Bəzi dərmanlar: Yatmazdan əvvəl qəbul edilən və təzyiqi birdən aşağı salan bəzi dərmanlar bu hissi yarada bilər.

Aysun / Demedia.az