Rusiyanın ixrac ödənişlərində rublun payı dolları keçdi



 15:45 14.04.2023     297

Rusiyanın ixrac ödənişlərində rublun payı dolları keçib, avronu isə xeyli ötüb.

Demedia.az xəbər verir ki, Rusiyanın Mərkəzi Bankı bu barədə açıqlama verib. Bankın hesabatında Rusiyanın 2022-ci ilin may ayından “dost olmayan ölkələr”ə təbii qaz nəqli üçün ödənişləri rublla almağa başladığı xatırladılıb. Buna görə də, rublun ixracdakı payının əhəmiyyətli dərəcədə artdığı ifadə edilib. Bununla da, milli valyutanın ixracatdakı payı, dolları 30 faiz keçib, avronu əhəmiyyətli dərəcədə üstələyib.

Açıqlamada həmçinin qeyd edilir ki, şirkət və vətəndaşların əmanətlərində “dost ölkələr”in valyutalarının, xüsusilə Çin valyutasının payı artsa da, dollarla müqayisədə azdır.

Bahadur Seyidov