Avstraliya Çinin vergiləri artırmasına etiraz etdi



 15:52 14.04.2023     301

Avstraliya Ümumdünya Ticarət Təşkilatına etdiyi Çin barədə şikayətini müvəqqəti olaraq geri götürdüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, Avstraliya Çinin arpa idxalına tətbiq etdiyi əlavə vergiləri yenidən nəzərdən keçirəcəyini açıqlamasından sonra belə qərar verib. Çinin vergiləri artırması barədə qərarından narazı olan Avstraliya vergilərin azaldılmasını və Çindən öhdəliklərini yerinə yetirməsini tələb edir. Avstraliyanın xarici işlər naziri Penny Vongun sözlərinə görə, Çinlə arpa ilə bağlı mübahisəni həll etmək üçün razılığa gəlinib.

Vong, gömrük tariflərinin müəyyən edilmiş müddətdə qaldırılmadığı təqdirdə şikayətin yenidən irəli sürüləcəyini ifadə edib.

Bahadur Seyidov