ABŞ Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağını pislədi



 16:12 14.04.2023     314

ABŞ Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağını qətiyyətlə pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uotson açıqlama verib.  O bildirib ki, Şimali Koreya gərginliyi artıracaq davranışlardan çəkinməli və dialoqa qayıtmalıdır. Prezident Co Baydenin, milli təhlükəsizlik qruplarının və tərəfdaşlarının məsələni birgə qiymətləndirdiyini bildirən Uotsonun sözlərinə görə, Şimali Koreyanın raket sınaqları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur.

“Bu sınaqlar Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahlarına və ballistik raket proqramlarına öz xalqının rifahından daha çox önəm verdiyini nümayiş etdirir” - Adrienne Uoton deyib.

Bahadur Seyidov