Məxfi sənədlərin internetə sızdırılması ilə bağlı FTB bir nəfəri saxladı



 16:28 14.04.2023     294

ABŞ-da məxfi sənədlərin internetə sızdırılması ilə bağlı qalmaqal davam edir.

Demedia.az xəbər verir ki, Federal Təhqiqatlar Bürosu sənədlərin sızdığı onlayn oyun platformasının rəhbəri Cek Teyşeyranı Massaçusets ştatında saxlayıb. Massaçusets Milli Hava Qvardiyasının kəşfiyyat qanadının zabiti Cek Teyşeyranın Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbsi helikopterdən görüntülənib. 21 yaşlı Teyşeyra Discord daxilində qurulan “Thug Shaker Central” oyun platformasının rəhbəridir. Sənədləri sızdıranın Teyşeyra olub-olmadığı açıqlanmayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Böyük Britaniyada verdiyi açıqlamada bildirib ki, Ədliyyə Nazirliyi istintaqda nəticəyə yaxınlaşıb.

Bahadur Seyidov