“İlsa” qasırğası qitəyə çatdı



 16:42 14.04.2023     296

Avstraliyanın qərbini təsiri altına alan “İlsa” qasırğası Hedland limanı yaxınlığında fəsadlar törədib.

Demedia.az xəbər verir ki, “İlsa” qasırğası sahilyanı ərazilərdə intensiv şəkildə hiss olunmağa başlayıb. Qasırğanın baş verəcəyi barədə əvvəlcədən xəbərdarlıq edən rəsmi dairələr, “İlsa”nın son 14 ilin ən güclü qasırğası olduğu deyilir. Bəzi yaşayış məntəqələri üçün qırmızı həyəcan siqnalının davam etdiyini bildirən səlahiyyətlilər, dağıntılar barədə hələlik məlumat açıqlamayıb. Əvvəlcə 5-ci kateqoriyaya daxil edilən qasırğanın səviyyəsi bir qədər azaldılaraq 3-cü kateqoriyaya daxil edilib.

Avstraliya Meteorologiya Bürosu “İlsa” qasırğasının ölkə daxilində hərəkət etdiyini, lakin yaxın günlərdə onun intensivliyinin azalacağını bildirib.

Bahadur Seyidov