Yəmən hökuməti ilə husi üsyançıları əsir mübadiləsi edir



 16:58 14.04.2023     312

Yəmən hökuməti ilə İranın dəstəklədiyi husi üsyançıları arasında əsir mübadiləsinin başladığı bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sözçüsü Adnan Huzam Anadolu agentliyinə deyib.O bildirib ki, əsir mübadiləsi İsveçrədə əldə olunan razılaşmaya əsasən həyata keçirilir. Məhkumların ailələrinə qovuşmasının sevindirici olduğunu qeyd edən Huzam, bunun Yəməndə münaqişə tərəfləri arasında əlaqələrin qurulmasında mühüm addım olduğunu bildirib. Husilər tərəfindən azad edilənlər arasında keçmiş prezident Abdurabbu Mansur Hadinin qardaşı Nasser Mansur və keçmiş müdafiə naziri Mahmud əs-Sabihi də var. Onlar Yəmənin müdafiə naziri Muhsin ed-Dairi, Ədən valisi Əhməd Həmid Lemles və bəzi dövlət rəsmiləri tərəfindən Ədən beynəlxalq hava limanında qarşılanıb.

Mübadilə prosesinin birinci mərhələsi çərçivəsində husilərdən 250, Yəmən hökumətindən isə 70 nəfər azad edilib. Ümumilikdə 887 nəfərin azad ediləcəyi gözlənilir.

Bahadur Seyidov