Donanmadakı yoxlamalar NATO ilə bağlı deyil - Peskov



 17:05 14.04.2023     334

Rusiyanın Sakit Okean Donanmasında başlayan yoxlamalar NATO-nun genişlənməsi və Yaponiyanın mümkün üzvlüyü ilə əlaqəli deyil.

Demedia.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib. Məlumata görə, jurnalistlər Peskovdan ordudakı hazırlıq səviyyəsinin yoxlanılmasının NATO-nun genişlənməsi və Yaponiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı olub-olmamasını soruşub.

Kremlin sözçüsü isə "Xeyr, bununla bağlı deyil. Bu, ordunun hazırlığı, silahlı qüvvələrimizin inkişafı və döyüşə hazırlıq vəziyyətinə nəzarətin adi bir təcrübəsidir" deyə cavab verib. Qeyd edək ki, müdafiə naziri Sergey Lavrov Rusiyanın Sakit Okean Donanmasında yoxlamalar aparıb.

Bahadur Seyidov