Zəngəzur 103 il əvvəl bir Fransa qəzetində



 16:15 14.04.2023     206

Tanınmış sənət adamı Rasim Mədət facebook səhifəsində maraqlı bir paylaşım edib. O, 103 il əvvəl Fransada çıxan qəzetdə Zəngəzurla bağlı informasiaya diqqət çəkib.

Belə ki, Fransanın ən köklü qəzetlərindən biri olan “L’Œuvre” (L’oeuvre) qəzeti hələ 103 il əvvəl - 14 iyul 1920-ci il tarixli 1748-ci nömrəsində dərc etdiyi “Ruslarla ermənilər arasında” (Entre Russes et Arméniens) adlı yazıda Zəngəzurun Azərbaycanın ərazisi olduğunu və Rusiya tərəfindən Ermənistana hədiyyə edildiyini təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Milli Şurası 29 may 1918-ci il tarixli qərarından sonra 1920-ci ilin yayında aparılan danışıqlardan sonra həmin ilin noyabr ayının 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur Ermənistana verilib.

Ayşən

demedia.az