Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurub



 17:28 14.04.2023     293

Finlandiya, Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşmasıyla alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan etdi.

Demedia.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri açıqlama verib. Bildirilib ki, gəmilər Helsinkiyə yanaşmazdan əvvəl Finlandiya Sahil Donanmasının Finlandiya körfəzində təşkil etdiyi təlimdə iştirak ediblər. Beləliklə, Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurub.

Qeyd edək ki, iki həftə əvvəl Türkiyənin Finlandiyanın NATO üzvlüyünü təsdiq edən sənədi Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verməsindən sonra Finlandiya NATO-nun 31-ci üzvü kimi rəsmən alyansa qoşulub.

Bahadur Seyidov