“QSM-7"DƏN GƏLƏN ÖLÜM - “Diri-diri basdırın!”



 11:25 17.04.2023     870

Film Dövlət Təhlükəsizliyi Xidmətinin radio əks-kəşfiyyat, həmçinin Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materialları əsasında hazırlanıb.

1993-cü il aprel ayının 2-si. Azərbaycanın Kəlbəcər rayonu xarici havadarlarının yardımı və bilavasitə iştirakı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Dağlıq Qarabağa daxil omayan Kəlbəcərin işğalı nəticəsində ermənilər bu işğalçı müharibədə böyük hərbi üstünlük əldə elədilər və növbəti ərazilərin iş­ğа­lı­nа şə­rа­it yа­rа­ndı. Azərbaycanın digər işğal olunmuş ərazilərində olduğu kimi Kəlbəcərin işğalı zamanı da on minlərlə insan yurdundan-yuvasından didərgin düşdü, ermənilər tərəfindən qətl edildi, girov götürüldü, mülki vətəndaşlara qarşı soyqırım aktları törədildi. Kəlbəcərin işğalı bir daha sübut elədi ki, ermənilərin apardığı bu işğalçı müharibə yalnız müharibə deyil, həm də bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir. Əslində, Kəlbəcərin işğalına hazırlıq bir il əvvəldən - 1992-ci il aprel ayının 8-dən 9-na keçən gecə rayonun Ağdaban kəndinin ermənilər tərəfindən darmadağın edilərək yandırılmasından başlamışdı. Bu cinayət zamanı ermənilər qocaya, qadına, uşağa baxmadan 32 nəfər dinc sakini qətl elədilər, iki nəfəri evlərində diri-diri yandırdılar, kənddən 7 mülki vətəndaşı girov apardılar.

Аğ­dа­bаn bir də­fə de­yil, iki də­fə er­mə­ni qul­dur və bir­ləş­miş er­mə­ni-rus muzd­lu­lа­rı tə­rə­fin­dən dаr­mа­dа­ğın edil­di. Kənd 1993-cü ilin 26 mаrtında son dəfə işğal olundu və bununla da Kəlbəcərin zəbtinə yol açıldı.

1992-ci ilin mayında Laçın və Şuşanın işğalından sonra Kəlbəcər üç tərəfdən düşmən əhatəsindəydi. İşğal olunmamış ərazi ilə yeganə yol çətin keçilən Murovdağ silsiləsi idi. Murovdağ rayon üçün “həyat yolu” idi.

Kəlbəcərin işğalı zamanı 660 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 165 nəfəri mülki şəxs, 495-i hərbçilərdir. Mülki şəxslər arasında 85 qadın, 11 uşaq var. Nə qədər acı olsa da, deməliyik ki, bu insanların yaşadığına inanmaq çətindir. Cunki aparılan araşdırmalar, eyni zamanda əldə olunmuş təkzib olunmaz faktlar təsdiq edir ki, yüzlərlə mülki vətəndaşımız kutləvi halda qətlə yetirilmiş və bu cinayətin üstü ört-basdır edilmişdir.

İşğal əməliyyatı zamanı 6721 khs tezlikdə işləyən yeni radioşəbəkədən istifadə olunmuş, əməliyyatın koordinasiyası və umumi rəhbərlik həmin tezliklə həyata kecirilmişdi. İşğal əməliyyatında fəaliyyət gostərən radioşəbəkənin tərkibinə bu radiostansiyalar daxil idi.

“QSM-7” Ermənistanın keçmiş Basarkeçər, sonradan Vardenis adlandırılan rayonunda yerləşmiş qərargah radiostansiyasıdır. Bu radiostansiya əməliyyata umumi rəhbərliyi həyata kecirərək İrəvanla mütəmadi əlaqə saxlayıb;

“Uraqan” (U) döyüş bölgəsində yerləşən baş radiostansiyadır. Kəlbəcərin işğalından sonra orada yerləşib;

“17” - butun komandaları rus dilindən erməni dilinə və əksinə tərcumə edərək öturən rabitə rəisinin radiostansiyasıdır;

“Uraqan-1” (U-1), “Kaskad-22”, “Manuşak-10”, “Leo – 13” (L-13) əməliyyatda iştirak edən səyyar radiostansiyalardır.

“Martunik”, “Qarik-02”, “Qurqen”, “Vartan”, “Saşa-22”, “Serqey”, “Artaş”  erməni və rus dillərini yaxşı bilən yuksək vəzifəli hərbi mutəxəssislərin cağırış siqnallarıdır.

Danışıq zamanı radioşəbəkədə şərti işarələrdən istifadə olunub.

“Dub”                                                         -  ölənlər

“Osina”                                                       - yaralılar

“Xariton”                                                    - azərbaycanlılar

“Zelyonıye”(yaşıllar, ermənicə: kanaç)        - Azərbaycan Ordusunun əsgərləri

“Nojka - 1”                                                  - azərbaycanlı kişilər

“Nojka - 2”                                                  - azərbaycanlı qadınlar

“Nojka - 3”                                                  - azərbaycanlı uşaqlar

“Nojka - 4”                                                  - azərbaycanlı qocalar

“İsparit”(buxarlandırmaq, ermənicə: tsntsrek) - məhv etmək

“Bolşaya derevnya”(böyük kənd, ermənicə: mets gyuğ)  - Kəlbəcər

“Malenkie sosedi”(kicik qonşular, rusca: lyudi (adamlar) - ermənicə: pokr joguvurd, pokr azq, pokr hoq)                          - Qarabağ  erməniləri

“Rıbı” (balıqlar, ermənicə: dzug)                 - zirehli texnika

“Semecki”(tumlar)                                       - patronlar

“Qolub”(göyərçin, ermənicə: ağunik) - hava nəqliyyatı - vertolyot, yaxud təyyarə.

Beləliklə, 1993-cu il aprel ayının 1-də kənardan dəstək alan Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hucumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından, yəni “QSM-7”-dən Kəlbəcər döyuş bölgəsindəki baş radiostansiyaya, yəni “Uraqan”a bölgədəki bütün səyyar radiostansiyalara catdırmaq ücün təcili bir əmr verilir.

Xatırladaq ki, erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublkası Milli Təhlukəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cu il aprel ayının 6-7-də müxtəlif saatlarda lentə alınıb.

 

Tarix: 06: 04: 1993 Saat 13:00 Dalğa 6721

“Uraqan-1”                         

-  “Manuşak -10”-u çağırıram, “QSM-7” ilə əlaqə yaradın!

“QSM-7”

Mən mühüm məlumat vermişəm. Siz nə üçün xəttdə deyildiniz?

“Uraqan-1”                           

- Mən həmişə xəttdə olmuşam.

QSM-7”

- Mənim dediklərimi eşitmisiniz?

“Uraqan-1”

- Xahiş edirəm, mənə hamısını təkrar edin!

“QSM-7”

- “Zelyonıy”, “Osina”, “Dub” - hamısını iki metr aşağı - dərinliyə və yerlə bərabər! Qəbul etdin?                                                                                      

“Uraqan-1”

- Qəbul etdim. Başa düşdüm.

“QSM-7”

- Hər yerdə hamıya xəbər ver. Eboda olan “dub”u tanıyırsan? Onun yerini de!

“Uraqan”

- Yox, bilmirəm.

“QSM-7”

Sən yaxınlıqdakı “Uraqan”lardan soruş. Onlar    deyərlər, nə qədər “Dub” və “Osina” var. Onları təcili surətdə məhv etmək lazımdır! Qəbul etdin?

“Uraqan”                     

- Anlamadım, təkrar edin!

“QSM-7”

- “Xaritonları”, “dub”ları, “osina”ları tam məhv edin! Sən onlara catdır. Onlar bilir. Qəbul etdin?

“Uraqan”

- Oldu!

“QSM-7”

- Təcili və mutləq yerinə yetirin! Həmin yerdə xeyli “dub” və “osina” var. Sən onlara mutləq o yer ucun, konkret o yer üçün… Qəbul etdin? Əmri qəbul etdin?

“Uraqan”

- Qəbul etdim, qəbul etdim.

“QSM-7”

- Sən əmri onlara catdır, onlar hər şeyi bilir. Kiminlə əlaqə yaratmaq imkanın varsa, onlara izah et! Qapalı mətnlə.

“Uraqan-1”

- Başa düşdüm. Məndə “zelyonıy”- “osina”lar var.

“QSM-7”

- Nə qədər varsa, hamısını eyni qaydada. Qəbul etdin?

“Uraqan-1”

- Qəbul etdim. Dedikləriniz “Nojka - 3”lərə də aiddir?

“QSM-7”- Əgər “Osina” və “Dub” varsa, deməli, eyni qaydada. Cavabınızı gözləyirəm. Təmiz və qaydasında olsun hər şey.

Tarix: 07: 04: 1993 Saat 08: 20 Dalğa 6721

“QSM-7”

- Dunən sizin Artaşa hər şey deyilib. O, hər şeyi başa düşdü. Artaş oradadı?

“Uraqan-1”

- Yox. Hansı Artaş? “Leo-13”dən, yoxsa “Qarik-02”dən?

“QSM-7”

- “Uraqan-1”dən olan. O, 88-ci ilin 7 dekabr sakinlərindəndir (yəni Spitak şəhərindan olan erməni).

“Uraqan-1”

- Bildim. O, yoxdur. O, “Uraqan”nın yanına gedib.

“QSM-7”

- Bəs, sizi məsələdən agah etməyib? Əgər onu soruşsalar, necə olacaq?

“Uraqan-1”

- O, nəsə deyirdi, ancaq həqiqətə o qədər də uyğun olmadığı üçün mən heç nə anlamadım.

Tarix: 07: 04: 1993 Saat: 08: 25 Dalğa 6721

“Uraqan-1”

- Salam. Qurgen eşidir. Hansı yeniliklər var?

“QSM-7”

- Birincisi, “qonaqlar”siz tərəfə gəlir. Bu gün. Ancaq sərhədə gorə… Bizim bu müharibədə iştirak etmədiyimizi görmək istəyən “qonaqlar” gəlir. Hər şey hazırdı, mən onları gözləyirəm. Necə başa düşdünüz? Qəbul.

“Uraqan-1”                   

- Qəbul etdim. Mən onları qəbul etməyə hazıram. Mənim də “qonaqlarım” gəlir. Sən onları saat neçədə gözləyirsən?

“QSM-7”

- Saat 10-da gələcəklər. Onlarla Qriqoriy Qaryeginoviç də gəlir.                                               

“Uraqan-1”

- Başa düşdüm, Qaryeginoviç ən böyüyüdür.

“QSM-7”

- O, mənim yanıma gəlir. Sizin yanınıza isə bizim baş şəhərimizdən ən böyük adamlar gəlir.

“Uraqan-1”

- Qəbul etdim. Yollarda vəziyyət necədir? Martunik işləri qurtarır, ya yox?

“QSM-7”

- Bu gün bütün işlər başa çatacaq,  Qurgencan. Yollar açılacaq. Bu yolla ilk karvan sizə gələcək.

“Uraqan-1”

- Başa düşdüm. «Qolub» (ağunik) buraya nə vaxt uçacaq?

Eşitdikləriniz və oxuduqlarınız bizim mətn deyil. Artıq deyildiyi kimi, Kəlbəcərin işğalından sonra 1993-cü ilin aprel ayının 6- 7-si Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əkskəşfiyyatçılarının lentə aldığı radiodanışıqlardır. Nə qədər ağrılı olsa da, söhbətin nədən getdiyinə yenidən qayıdaq. Bu dəfə canilərin kodla, şifrələrlə biri-biriləri ilə danışıqlarının açılışına diqqət edək.

Aprel ayının 6-da, yəni Kəlbəcərin işğalından 4 gün sonra günorta saat 1-də başlayan radiodanışıqdan bəlli olur ki, Ermənistanın Vardenis rayonunda yerləşən “QSM-7” radiostansiyası Kəlbəcərdə yerləşən “Uraqan” radiostansiyasına xüsusu bir əmr verir. Əmrdə qətl edilmiş, həmçinin yaralanmış mülki insanların və hərbçilərin hamısının dərin xəndəklər qazılaraq basdırılması tapşırılır. Diqqət etdinizmi? Həm öldürülmüş insanların, həm də yaralı dirilərin hamısının diri-diri basdırılması əmri verilir! Və əmr yerinə yetirilir!

“Uraqan”ın “məndə xeyli yaralı Azərbaycan əsgəri var, onları nə edək?” sorğusuna qarşılıq “QSM-7” əmr verir: “Hamısını eyni qaydada”. Yəni, xəndək qazılmalı, bütün yaralılar da diri-diri basdırılmalıdır!

Sonra “Uraqan” soruşur ki, bu əmr “Nojka-3”lərə, yənu yaralı azərbaycanlı uşaqlara da şamil olunur? “QSM-7” cavab verir: “Əgər onlar da ölü, ya yaralıdılarsa, eyni qaydada onları da basdırın!”

Bütün danışıqlar boyu hiss olunur ki, ermənilər götürülmüş əsir və girovları, o cümlədən qocaları, qadınları, uşaqları tələsik məhv edib basdırmaq istəyirlər. Bütün bu vəhşiliyin, soyqırımın bir məqsədi vardı: səbəb azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək! Bir də, özləri dediyi kimi, Ermənistanın və onun havadarlarının bu müharibədə iştirak eləmədiyini görmək istəyən dırnaqarası qonaqlara şou düzəldilməliydi. Yüzlərlə Azərbaycan insanının qanı, canı, həyatı üzərində qurulmuş amansız bir şou! Soyqırım törədilir və şou baş tutur!

Burada artıq Birləşmiş Millətlər Təşkilatının Azərbaycan torpaqlarının işğalı ilə bağlı illər əvvəl qəbul elədiyi və hələ də kağız üzərində qalan qətnamələrinə, Cenevrə Konvensiyasının prinsiplərinə, beynəlxalq hüquq normalarına istinad eləyərək hüquqi terminlərlə danışmağa ehtiyac qalmır.

Qarşımızda terrorçu bir dövlətin onillər boyu həyata keçirdiyi saysız-hesabsız cinayətlərdən biri ilə üz-üzəyik. Budur, Ermənistanın apardığı işğalçı müharibənin əsl üzü! Əslində, buna bənzər əməllər tarixdə olub. İkincü Dünya müharibəsi zamanı faşistlər törətdikləri cinayətləri ört-basdır eləmək üçün insanları qaz kameralarında zəhərləyərək öldürür, sonrasa sobalarda külə döndərib, küllərini havaya sovurur, yaxud kütləvi şəkildə basdırırdılar. Ancaq, qoca, cavan, qadın, uşaq demədən yaralı insanları diri-diri basdırmaq kimi bir cinayət barədə, nə gizlədim, indiyədək nə eşitmişdim, nə oxumuşdum. Sən demə, bu görünməz vəhşiliyin öhdəsindən yalnız erməni terroru, erməni faşizmi gələ bilərmiş...

Filmi bu linkdən izləyə bilərsiniz.

İlham TUMAS