Prostat vəzi necə müayinə edilir? - Video



 11:46 17.04.2023     861

Prostat vəzin böyüməsi 50% kişilərdə sidikburaxma prosesinin pozulmasına gətirib çıxarır. Bu xəstəlikdən əziyyət çəkən əksər kişilərə sidiyin arakəsilərək çıxması, tez-tez sidiyə getmə, sidik kisəsinin tam boşalmaması kimi hisslərin yaranması, gecə sidikburaxma kimi əlamətlər tanışdır.

Son tədqiqatlar göstərir ki, prostat vəzin ölçüsü nə qədər böyük olarsa xəstəliyin ağırlaşma hallar o qədər çox olacaq. Kəskin sidik ləngiməsindən əlavə (10% hallarda rast gəlinir), bəzi hallarda sidik yollarının iltihabı, sidik kisəsinin daşları, sidik kisəsi venalarında qanaxma və potensiyanın pozulması kimi xəstəliklər meydana çıxa bilər.

Androloq Azər Mirzəyev kişilərdə prostat vəzi necə müayinə edildiyi barədə videoda ətraflı məlumat verir.

Androloq Azər Mirzəyev kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ