Polşa və Macarıstan Ukraynadan taxıl idxalını qadağan etdi



 12:46 17.04.2023     326

Polşa və Macarıstan yerli məhsulları təşviq etmək üçün Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını qadağan edib.

Demedia.az xəbər verir ki, Avropa Birliyi isə qərarə etiraz edib. Avropa İttifaqı Komissiyasının kənd təsərrüfatı və ticarət məsələləri üzrə sözçüsü Miriam Qarsia Ferrer bildirib ki, birtərəfli qərarlar qəbuledilməzdir. Polşa və Macarıstanın qadağa ilə bağlı açıqlamalarını yaxından izlədiklərini deyən Ferrerin sözlərinə görə, ticarət siyasəti Avropa Birliyinin xüsusi səlahiyyətindədir. Bu səbəbdən qərarların birtərəfli verilməsi qəbuledilməzdir.Ferrer bildirib ki, böhran hallarında Avropa Birliyi daxilində bütün qərarların əlaqələndirilməsi və uyğunlaşdırılması vacibdir.

Qeyd edək ki, Polşa və Macarıstandakı fermerlər Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalına son qoyulmasını tələb edirdilər.

Bahadur Seyidov