İspaniyanın Fransa ilə sərhədində meşə yanğını baş verdi



 12:18 17.04.2023     305

İspaniyanın Fransa ilə sərhədində yerləşən Portbou qəsəbəsində meşə yanğını baş verib.

Demedia.az xəbər verir ki, ərazidən 300 nəfər təxliyə edilib. İki ölkəni birləşdirən qatar və quru yolları bağlanıb. Məlumata görə, sərhədin Fransa tərəfində başlayan yanğın ardınca İspaniyaya keçib.  İspaniyanın dövlət mediası sərhədin hər iki tərəfində azı 750 hektar ərazinin yandığını bildirib. Kataloniya hökuməti Fransa tərəfindəki yanğınla mübarizəyə kömək etmək üçün 9 yanğınsöndürmə briqadası göndərdiyini bildirib. Bu arada, Fransanın Aralıq dənizi sahilində ikinci yanğın baş verib. Bölgəyə yüzlərlə yanğınsöndürən cəlb edilib.

Qeyd edək ki, İspaniya və Fransanın cənubunda yağıntıların azalması quraqlığın olmasına səbəb olub.

Bahadur Seyidov