Putin Şoyquya təlimat verdi



 14:12 17.04.2023     331

Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu Kreml sarayında bir araya gəlib.

Demedia.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Görüşdə Şoyqu Putinə Rusiyanın Sakit Okean Donanmasında başlayan yoxlamalar barədə məlumat verib. Şoyqu bildirib ki, yoxlamalar çərçivəsində 25 mindən çox əsgər, 167 döyüş gəmisi, 12 sualtı qayıq, 89 təyyarə və helikopter döyüş vəziyyətinə gətirilib. Hərbçilər döyüş hazırlığı çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirib. Şoyqu yoxlamalardan sonra donanma hissələrinin daimi mövqelərinə qayıdacaqlarını bildirib.

Rusiya prezidenti Putin isə Rusiya qüvvələrinin Ukraynadakı müharibəyə cəlb edildiyinə diqqət çəkərək bildirib ki, donanma qüvvələri bütün istiqamətlərdəki qarşıdurmalarda istifadə oluna bilər. Putin Şoyqudan donanma qüvvələrinin hazırlıq səviyyəsinə diqqət etməsini tələb edib.

Bahadur Seyidov