İspaniya Sudandakı səfirliyini müvəqqəti bağladı



 14:49 17.04.2023     302

İspaniya Sudanda ordu ilə milis qüvvələri arasındakı qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini müvəqqəti bağladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi açıqlama verib. Yazılı açıqlamada qeyd edilir ki, təhlükəsizlik şərtlərinə əməl oluna bilmədiyi üçün İspaniyanın Xartumdakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Xarici İşlər Nazirliyi Sudandakı ispan vətəndaşlarına vacib olmadıqca evlərini tərk etməmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, milis qüvvələrinin orduya birləşdirilməsi barədə məsələ tərəflər arasında fikir ayrılığı yaradıb. Toqquşamalar nəticəsində yüzlərlə insan həlak olub. Mindən çox yaralı var.

Bahadur Seyidov