“Amazon” şirkətinin anbarında çalışan 1500-ə yaxın işçi tətil elan etdi



 16:05 17.04.2023     327

ABŞ-ın İspaniyanın Sevilya şəhərində fəaliyyət göstərən “Amazon” şirkətinin anbarında çalışan 1500-ə yaxın işçi tətil elan edib.

Demedia.az xəbər verir ki, etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Məlumata görə, Sevilyadakı Amazonun böyük logistika anbarında çalışan işçilər iş və maaş şərtlərinin yaxşı olmadığını irəli sürürlər. Bildirilir ki, Ümumi İşçilər İttifaqına bağlı işçilər bazar və bayram günlərində işləmək üçün birtərəfli qaydada əlavə iş saatını dəyişib. Bununla da onların məvacibi ildə 2 min avro azalıb.

Qeyd edək ki, zəmanət xidməti verən Amazon e-ticarət şirkətinin İspaniyadakı anbarlarında 20 minə yaxın işçisi var.

Bahadur Seyidov