BMT Təhlükəsizlik Şurası Sudandakı tərəfləri dialoqa çağırdı



 16:45 17.04.2023     295

BMT Təhlükəsizlik Şurası Sudandakı qarşıdurmalardan narahatlıq ifadə edib.

Demedia.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası yazılı açıqlama verib. Bildirilib ki, tərəflər silahı yerə qoyaraq dialoqa başlamalıdır. Açıqlamada ölkəyə humanitar yardımın çatdırılmasının və BMT əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulanıb. BMT Təhlükəsizlik Şurasının üzvləri həmçinin Sudanın birliyinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliklərini ifadə ediblər.

Qeyd edək ki, Sudanda milis qüvvələrinin orduya birləşdirilməsi barədə müzakirədə fikir ayrılığı yaranıb. Tərəflər arasında bir müddətdir davam edən mübahisə toqquşmaya səbəb olub. Yüzlərlə insan həlak olub. Mindən çox yaralı var.

Bahadur Seyidov