Efiopiya ordusu xüsusi təyinatlılar birliyini ləğv etdi



 17:12 17.04.2023     297

Efiopiya ordusu mübahisəli təhlükəsizlik islahatının bir hissəsi kimi bütün əyalətlərdə xüsusi təyinatlılar birliyinin ləğv edildiyini elan edib.

Demedia.az xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Birhanu Jula açıqlama verib. Onun sözlərinə görə, etirazlara səbəb olan islahat qərarı tam şəkildə həyata keçirilib. Regional qüvvələrin yenidən qurulmasının təhlükəsizlik strukturunu gücləndirəcəyini ifadə edən Jula, ləğv edilən birlikdəki qüvvələrin yeni təyin olunmuş yerdə xidmət edəcəyini və ya təlim keçəcəyini bildirib.

Qeyd edək ki, əyalətlərdəki xüsusi təyinatlı bölmələrinin ləğvi reaksiya verən amharalar müxtəlif şəhərlərdə nümayişlər keçiriblər. Nümayişçilər iddia edirdilər ki, qüvvələrinin ləğvi onları sərhəd problemi olan qonşularına qarşı aciz qoyacaq.

Bahadur Seyidov