Avtobusda dəhşətli anlar: Sürücü yatdı, sərnişinlər...



 19:29 17.04.2023     559

Türkiyənin Bursa şəhərində sərnişinlərlə dolu ictimai avtobusun sürücüsü sükan arxasında yuxulayıb və sahəyə uçub.

Demedia.az xəbər verir ki, sərnişinlərin ölümdən döndüyü anlar saniyələr içində təhlükəsizlik kamerasına əks olunub.

Qəza, mərkəz Nilüfer Mahalında meydana gəlib. Sərnişinlərlə dolu ictimai avtobus marşrutla hərəkət edərkən avtobus sürücüsü yuxuya gedib. Yolun əyri hissəsinə gələn avtobus tarlaya uçub.

Nəqliyyat vasitəsinin sürüşməsi ilə özünə gələn sürücü əyləc basaraq dayana bilib. Xoşbəxtlikdən qəzada qarşı zolaqdan gələn heç bir nəqliyyat vasitəsi və ya bina olmadığı üçün ola biləcək fəlakətin baş verməməsinə səbəb olub.

Avtobusa atılan sərnişinlərin ölümdən döndüyü anlar nəqliyyat vasitəsinin içindəki təhlükəsizlik kamerasına anbaan əks olunub.

Polis əməkdaşları qəza ilə bağlı araşdırmalara başlayıb. Xoşbəxtlikdən qəza nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb. Yüngül yaralı xəstələr xəstəxanada edilən ilk müdaxilənin ardından evə buraxılıb.

Aysun / Demedia.az