Ukrayna və Rusiya arsında əsir mübadiləsi oldu



 17:43 17.04.2023     308

Ukrayna və Rusiya arsında əsir mübadiləsi olub.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal olunmuş Ərazilərin İnteqrasiyası Nazirliyi açıqlama verib. Nazirliyin açıqlamasına görə, 128-i əsgər, 2-si Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndəsi olmaqla 130 nəfər rus əsirliyindən azad edilib.A çıqlamada Ukrayna Milli İnformasiya Bürosunun azadlığa buraxılan əsgərlərin geyim, ayaqqabı, gigiyena vasitələri və telefon kimi əsas ehtiyaclarını təmin etdiyi, əsir mübadiləsinin Ukrayna Prezident Aparatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi bildirilib.

Əsir mübadiləsinin həyata keçirilməsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti də iştirak edib.

Bahadur Seyidov