Ticarət mərkəzində xoşagəlməz hadisə: Qadının şəklini çəkib qaçdı



 22:36 17.04.2023     610

Türkiyədə ticarət mərkəzində xoşagəlməz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Çankayadakı bir ticarət mərkəzində vəkil Ş.M.E. (26) eskalatorda arxadan gələn Mustafa K.-nin (30) mobil telefon kamerası ilə alt ətəyinin şəklini çəkdiyini görüb.

Ş.M.E vəziyyəti anladıqdan sonra qaçan Mustafa K. çıxışda mühafizəçilər tərəfindən yaxalanıb.

Polis tərəfindən nəzarətə alınan və mobil telefonu əlindən alınan Mustafa K. növbətçi hakim tərəfindən evdən bayıra çıxmamaq şərti ilə sərbəst buraxılıb.

Ankara Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində şübhəlinin telefonunda yüzlərlə qadının eskalatorda çəkilmiş görüntüləri tapılıb. Telefonda həmçinin çoxlu sayda ədəbsiz videoların, əsasən də uşaqlara aid olduğu aşkar edilib.

Vəkil Ş.M.E. eskalatorda dayanarkən ayağına soyuq bir şeyin toxunduğunu və vəziyyəti bu şəkildə anladığını bildirib:

"Həmin anda o, çox tez getdi. Sonra cinayət işi qaldırdıq, dərhal şikayət verdik. Onun telefonunda yüzlərlə, hətta minlərlə video var. O, ətrafdakı və iş yerindəki qadınların şəkillərini də çəkir. O vaxtdan eskalatorda başı üstə durmağa başladım. İnsanların telefonlarına baxıram məni çəkirlər deyərək, Özümü qınamağa başladım. O gün geyindiyim paltarı bir daha geyinmədim".

Aysun / Demedia.az