Valensiyanın gözü Alex və Aykut Kocamanın rekordlarında: Tarixə düşə bilər



 23:09 17.04.2023     466

Superliqanın 29-cu həftəsində "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edən Enner Valenciya "Fənərbaxça"da yenidən tora hava atmağı bacarıb.

Demedia.az xəbər verir ki, liqada 28-ci dəfə torları silkələyən ulduz futbolçu gözünü sarı-göylülərin əfsanələri Aleks və Aykut Kocamanın rekordlarına dikib.

Təcrübəli oyunçunun qıra biləcəyi başqa rekordlar da var.

33 yaşlı hücumçu futbolçu karyerasının ən çox qol vuran mövsümünü keçirir. Enner Valensiya liqada 27-ci dəfə "Ankaragücü" ilə qarşılaşıb. Krallıq yarışında rəqibi olmayan ulduz futbolçu tarixi rekordlara imza atıb. Fənərbaxçada bir mövsümdə ən çox qol vuran əcnəbi futbolçu 28 qolla Aleks De Souzadır. Valensiya bu əfsanəvi rekordu bərabərləşdirməyə və ya hətta onu ötməyə çox yaxındır. Aykut Kocaman 29 qolla sarı-göylü komandanın tarixində bir mövsümdə ən çox toru silkələyən futbolçudur. Bu rekordu qırmaq üçün ekvadorlu ulduza 3 qol lazımdır.

Aysun / Demedia.az