Sudanda ABŞ-ın diplomatik karvanı atəşə tutuldü



 12:42 18.04.2023     313

Sudanda ABŞ-ın diplomatik karvanı atəşə tutulub.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken açıqlama verib. G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Yaponiyada olan Blinken, Sudanın paytaxtı Xartumda baş verən insidentdə ölən və ya yaralananın olmadığını, lakin hücumun qəbuledilməz olduğu barədə tərəflərə məlumat verildiyini bildirib. "Bu hərəkət ehtiyatsızlıq, məsuliyyətsizlik idi" deyən Blinken hücum zamanı konvoyda olanların təhlükəsizliyinin təhlükə altında olduğunu bildirib. Hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edən Blinkenin sözlərinə görə, atəşin Çevik Dəstək Qüvvələri tərəfindən açıldığı təxmin edilir.

Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri adlanan yarımhərbi qüvvələr arasında qarşıdurmaların davam edir.

Bahadur Seyidov