Livanda parlament seçkiləri ikinci dəfə təxirə salındı



 15:49 18.04.2023     308

Livanda parlament seçkiləri ikinci dəfə təxirə salınıb.

Demedia.az xəbər verir ki, Livan Assambleyasının Rəyasət Heyətindən verilən açıqlamaya görə, parlament seçkiləri ilə bağlı qapalı iclas keçirilib. Sessiyada keçirilən səsvermə nəticəsində maliyyə və maddi-texniki imkanların yetərli olmaması səbəbindən bələdiyyə seçkilərinin 31 may 2024-cü il tarixinə təxirə salınması səs çoxluğu ilə qərara alınıb. Məlumata görə, Xristian Livan Qüvvələr partiyası və Kataib partiyası sessiyanı boykot edib. Onlar iddia ediblər ki, konstitusiyaya görə, Assambleyanın iclası yalnız prezidentin seçkiləri ilə bağlı keçirilə bilər.

Qeyd edək ki, Livanda parlament seçkiləri mayın 15-də keçirilməli idi.

Bahadur Seyidov