Şimali Koreya BMT Təhlükəsizlik Şurasının açıq iclasına etiraz etdi
Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılması ilə bağlı açıq iclasına etiraz edib.
Demedia.az xəbər verir ki, hakim Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Ri Pyonq-Çol bildirib ki, Pxenyanın qabaqcıl strateji silah sınaqları özünümüdafiəni gücləndirmək üçün tədbirdir. Onun sözlərinə görə, "Hwasong-18" qitələrarası ballistik raketi Şimali Koreyanı ABŞ-ın artan hərbi təhdidlərindən və mümkün regional təhlükəsizlik narahatlıqlarından qorumağa yönəlib.
BMT Təhlükəsizlik Şurasının iclasında Pxenyanın özünümüdafiə hüququnu “təxribat” və “təhdid” kimi qələmə verdiyinə görə ABŞ-ı qınayan Ri Pyonq-çol bunu ölkənin işinə müdaxilə kimi qiymətləndirib.
Bahadur Seyidov