Rusiya Mərkəzi Bankı rəqəmsal rublu istifadəyə verdi



 16:08 18.04.2023     313

Rusiya Mərkəzi Bankı rəqəmsal rublu istifadəyə verib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina açıqlama verib. O bildirib ki, rəqəmsal rubl sınaq müddətindən sonra hər kəsin istifadəsinə veriləcək. Nabiullina paytaxt Moskvada rusiyalı deputatlarla görüşdə Rusiyanın Qərb ölkələri tərəfindən dondurulmuş ehtiyatlarını geri qaytarmaq üçün işlərini davam etdirdiyini qeyd edib. Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla “dost olmayan” ölkələrin Rusiyadan pul çəkməsinin məhdudlaşdırıldığını xatırladan Nabiullinanın sözlərinə görə, bu, cavab tədbiri idi.

Nabiullina bildirib ki, Rusiya sanksiyalara məruz qalmayan hesablarından istifadə edərək ehtiyatlarını bərpa etməyə başlayıb.

Bahadur Seyidov