Rusiyanın Baltik Donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi



 16:43 18.04.2023     349

Rusiyanın Baltik Donanması yoxlamalar çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Demedia.az xəbər verir ki, bu barədə Baltik Donanmasının mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, donanmanın Baltik dənizindəki bazasında olan qüvvələr müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirilərək təlimə başlayıb. Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnikası, təyyarə və helikopter iştirak edir.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu yoxlamalar çərçivəsindən Sakit Okean Donanmasının müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin Şoyquya rus donanmalarında yoxlamaların aparılmasını tapşırıb.

Bahadur Seyidov