Uşaqlara antibiotiklər nə zaman verilməlidir? - Video



 16:21 18.04.2023     912

Bakteriyaları öldürən və ya onların çoxalmasına maneə törədən bioloji mənşəli və ya sintetik yolla alınan maddələrə antibiotik deyilir.

Bakteriyalar və ya göbələklər ətrafdakı digər orqanizmlərin məhv olmasına və ya daha da böyüməsinə mane olan maddələr istehsal edir və bu maddələr işləndikdə istifadə etdiyimiz antibiotiklərə çevrilirlər. Antibiotiklər viruslara və göbələklərə təsir göstərmir, buna görə də virus xəstəliklərinin müalicəsində istifadə edilmir. Antibiotik müalicəsi yalnız bakterial infeksiyalar üçün seçilir.

Pediatr-İnfeksionist Aytən Ziyadova uşaqlara antibiotikin nə zaman vermək lazım olduğu barədə videoda ətraflı məlumat verir.

Dr. Aytən Ziyadova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ