Tayvan Avropa Birliyi üçün vacib əhəmiyyət kəsb edir - Borell



 17:05 18.04.2023     351

“Tayvan Avropa Birliyi üçün kritik əhəmiyyət kəsb edir. Bütün Avropa ölkələrinin bu fikri bölüşdüyünə əminəm”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borell belə açıqlama verib. O Avropa Parlamentinin plenar iclasında Çinlə münasibətlərə dair çıxışında bildirib ki, Çinlə bağlı strategiya dörd sözə əsaslanır. “Bunlar “dəyərlər”, “iqtisadi təhlükəsizlik”, “Tayvan” və “Ukrayna”dır” deyən Borell bildirib:

“Biz Tayvana qarşı güc tətbiqinə təkcə etik səbəblərə görə deyil, həm də ona görə qarşı çıxmalıyıq ki, tayvan ən qabaqcıl yarımkeçiricilərin istehsalında strateji rol oynayır. Biz geosiyasi gücə çevrilmək istəyiriksə, mövqelərimizi bir daha təsdiqləmək, maraqlarımızı müdafiə etmək, sakitliyə çağırmaq və təxribatların qarşısını almaq üçün bütün dünyada mövcud olmalıyıq”.

Bahadur Seyidov