Çinin müdafiə naziri Li Şanfu Rusiyaya səfər edib



 17:43 18.04.2023     306

Təyinatından sonra ilk xarici səfərini Rusiyaya edən Çinin müdafiə naziri Li Şanfu və rusiyalı həmkarı Sergey Şoyqu paytaxt Moskvada görüşüb.

Demedia.az xəbər verir ki, tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər. Görüşün əvvəlində çıxış edən Şoyqu iki ölkə arasında strateji əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirərək, “Rusiya və Çin liderlərinin dünyada baş verən hadisələr fonunda qəbul etdikləri qərarlar uzunmüddətli münasibətlərin qurulmasında mühüm rol oynayır” deyə bəyan edib. O bildirib ki, beynəlxalq arenada iki ölkənin koordinasiyası dünyada vəziyyəti tarazlaşdırır və münaqişə potensialını azaldır.

Çinin müdafiə naziri Li isə təyinatından sonra ilk xaricə səfərini Rusiyaya etdiyini diqqətə çatdırıb və deyib:

"Bu səfər dünyaya göstərir ki, Rusiya-Çin ikitərəfli münasibətləri yüksək səviyyədə inkişaf edib. Çin və Rusiya silahlı qüvvələri strateji əməkdaşlığı gücləndirmək əzmindədirlər”.

Bahadur Seyidov